Xalq şairinin 100 illik yubileyi qeyd olunub

Xalq şairi Balaş Azəroğlu

Xalq şairi Balaş Azəroğlu

29 oktyabr 2021
# 14:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Balaş Azəroğlunun 100 illik yubileyinə həsr olunan “Balaş Azəroğlu-100” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəli, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, “Ədəbiyyat “ qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu, şair Aqşin Ağkəmərli və kitabxana əməkdaşları çıxış edərək müasir Azərbaycan poeziyasının parlaq simaları sırasında adı hörmətlə çəkilən Balaş Azəroğlunun dolğun və mənalı yaradıcılıq yolu keçərək xalqımızın bədii söz xəzinəsinə dəyərli töhfələr verdiyini qeyd edib. Onun 40-dan çox kitabda toplanan və müxtəlif janrlarda qələmə alınan əsərlərinin leytmotivini Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü təşkil edib.

B.Azəroğlu çoxcildli “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biridir. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını, Füzulinin qəzəllərini farscadan dilimizə tərcümə edib. O, bir sıra orden və medallarla təltif edilib, “Şöhrət” ordeninə layiq görülüb.

Şairin oğlu Etibar Abızadə atası haqqında öz xatirələrini danışıb. Sonda tədbir iştirakçıları Balaş Azəroğlunun səsyazısını dinləyiblər.

Kitabxanada “Balaş Azəroğlu -100” adlı şairin əsərlərindən ibarət kitab sərgisi təşkil edilib.

# 1671 dəfə oxunub

Müəllifin son yazıları

# # #