Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi 2 avqust, saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
APA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.