Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın bədii irsindən bəhs edən videomaterial və daycest hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kulis.az xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.
Məlumatda bildirilib ki, bu materiallar Azərbaycan rəssamlıq sənətinin inkişafında peşəkarlığı və gərgin əməyi ilə seçilən Elmira Şahtaxtinskayanın zəngin bədii yaradıcılıq irsini istifadəçilər arasında təbliğ olunması məqsədilə hazırlanıb.
Qeyd edək ki, “İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.