Xalq artistinin vəziyyəti nisbətən yaxşılaşıb

Xalq artistinin vəziyyəti nisbətən yaxşılaşıb
7 oktyabr 2025
# 14:20

"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ötən günlərlə müqayisədə nisbətən yaxşıdır".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, atasının huşu bərpa olub, müalicəsi Mərkəzi Gömrük Hospitalında davam edir.

“Xəstəxanaya yerləşdiriləndə huşu özündə deyildi, artıq yavaş-yavaş bərpa olur. Səhhətində müsbət dinamika müşahidə edilir”, – deyə Əyyub Quliyev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstaxanadan bildirilib ki, o, hemodializ alır, spontan tənəffüsdədir.

# 317 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər