Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.
Kulis.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı deyib.
O, hazırda aktrisanın müalicəsinin davam etdirildiyini bildirib:
"Anam xəstəxanadadır və hazırda reanimasiyadadır. Sağlamlığı bərpa olunur. Allah bütün xəstələrə şəfa versin”.
- 90 milyon dollarlıq film yayımlanmayacaq
- Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı
- Fərid Hüseynin yeni kitabı çıxdı
Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yayılan məlumatlardan əsəbiləşdiyini qeyd edib:
"Oxuyuram, dəhşətə gəlirəm. Adam necə bir insan haqqında olmayan məlumatlar yazar? Hamısı da dəqiqləşməmiş məlumatlardır”.
Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib.