Xalq artistinin həyat yoldaşı narkotik istifadə etməsindən danışdı

Xalq artistinin həyat yoldaşı narkotik istifadə etməsindən danışdı
9 avqust 2024
# 11:42

Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, Amsterdamda istirahət edən 52 yaşlı opera ifaçısı narkotikdən istifadə edib və təcrübəsini izləyiciləri ilə bölüşüb.

"Qətiyyən bir dənə də olsun xoş hiss yoxdur. Anlaya bilmirəm, insanlar bunu niyə özlərinə edir. Başım sadəcə ağırlaşdı, hər şey ləngidi. Heç bir gülüş yoxdur, nə "hi-hi", nə "ha-ha". Sadəcə bir yüngüllük hiss edirsən. Nə həyəcan var, nə bir şey. Sonra səs tellərimi yandırdım. Yaxşısı şərab və ya tekila içməkdir. Bir sözlə, başa düşdüm ki, ot mənimlik deyil" deyə, Netrebko bildirib.

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. İkili bir müddət əvvəl 10 illik evliliklərini sonlandırıb. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.

# 718 dəfə oxunub

Müəllifin son yazıları

# # #