Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi
9 fevral 2024
# 10:12

Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni Moskvada xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, evə qayıdan 74 yaşlı aktyor avtomobildə özünü pis hiss edib. O, evə çatdıqdan sonra yaxınları dərhal təcili yardım çağırıblar.

İlkin müayinə zamanı sənətçiyə ürək ritminin pozulması diaqnozu qoyulub. Bundan sonra o, xəstəxanaya yerləşdirilib.

Daha sonra həkimlər Pankratov-Çerninin beş qabırğasının sındığını bildiriblər. Bəlli olub ki, o Krasnoyarskda qastrol səfəri zamanı küçədə yıxılıb.

# 558 dəfə oxunub

Müəllifin son yazıları

# # #