Xalq artisti xəstəxanaya yerləşdirildi

Ramiz Novruz. Aktyor

Ramiz Novruz. Aktyor

12 dekabr 2021
# 01:45

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb. O, bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.

İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.

Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Allah şəfa versin.

# 6617 dəfə oxunub

Müəllifin son yazıları

# # #