Xalq artisti xəstəxanalıq oldu

Xalq artisti xəstəxanalıq oldu
18 dekabr 2023
# 16:14

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimovun Lənkərana qastrol səfəri baş tutub.

Kulis.az xəbər verir ki, 85 yaşlı sənətçi “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır.

Məlumatı teatrın Mətbuat Xidməti təsdiqləyib.

“Qafqazinfo”

# 1210 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #