Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd ediləcək.
Kulis.az xəbər verir ki, yubiley tədbiri 30 aprel saat 16:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.
Tədbirdə Baku TV-nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun “Sənin boyun ucadır” filminin təqdimatı olacaq.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.