Xalq artisti: “Küçəyə çıxa bilmirəm”

Şeyx Əbdül, Xalq artisti

Şeyx Əbdül, Xalq artisti

4 avqust 2022
# 10:00

Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) səhhəti pisləşib.

Kulis.az xəbər verir ki, bu haqda aktyor mətbuata açıqlamasında deyib. O, bir həftədir tənəffüs sistemində problemlər olduğunu və evdə xəstə yatdığını deyib:

"Bu xəstəliyə bir həftədir yoluxmuşam. Analiz verməyə getmirəm. Amma məndə virusun simptomları olduğunu bilirəm. Çünki müəyyən əlamətləri var. Hərarətim 38.4, 38.5-dir. Bunlar həmin xəstəliyin əlamətləridir. Üstəlik soyuqdəyməm də var. Küçəyə çıxa bilmirəm. Ancaq evdə müalicə alıram. Hazırda sistemlər asıblar. Əvvəlki günlərə baxanda iynələr, müalicələr sayəsində bir az düzəlmişəm".

# 3679 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #