Xalq artisti: "Hər şeydən əlini üzən müğənni olur"

Xalq artisti:  "Hər şeydən əlini üzən müğənni olur"
3 oktyabr 2024
# 11:02

"İndi toy da yoxdur, hamısı şoudur. Əvvəl deyirdilər ki, bir şey oxu qulaq asaq. İndi deyirlər ki, bir şey oxu oynayaq".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə iştirak etdiyi proqramların birində deyib.

O, bəzi müğənnilərin ifalarını tənqid eləyib:

"Xanəndələrin, müğənnilərin mikrofonsuz oxuduğu vaxtlardakı kimi, indiki ifaçılar oxuya bilər? Allah Xalq artisti Habil Əliyevə rəhmət eləsin. O vaxt yarızarafat, yarıgerçək demişdi ki, arvadı boşamaq istəyirəm, qorxuram ki, gedib mikrofonu götürüb oxuyar. İndi hər şeydən əlini üzən gedib mikrofon götürüb, iki mahnı öyrənir, müğənni olur. Gedir camaatın toyunu da bədbəxt edir. İndi toy da yoxdur, hamısı şoudur. Əvvəl deyirdilər ki, bir şey oxu qulaq asaq. İndi deyirlər ki, bir şey oxu oynayaq. Oxumağa oynamazlar". Lent.az

# 789 dəfə oxunub

Müəllifin son yazıları

# # #