İnsult keçirən Xalq artisti Ənvər Həsənovun dili tutulub.
Kulis.az xəbər verir ki, bu barədə sənətçinin qızı Aytən Həsənova RTV-yə açıqlamasında bildirib:
"Atam hazırda reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Kəskin insult keçirib, ağır vəziyyətdədir. Özünü idarə edə bilmir. Danışığı yoxdur, dili tutulub. Tanıma qabiliyyəti də yoxdur, məni belə tanımır".
- "Azdrama" Makedoniyaya festivala gedir
- Feminist olub “eybəcərləşən” qadınlar – FOTO
- "Hərb və Sülh"dən 10 MARAQLI FAKT
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.