Xalça Muzeyində ustad dərsi keçiriləcək

Xalça Muzeyində ustad dərsi keçiriləcək
18 may 2022
# 14:00

Mayın 20-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində ustad dərsi keçiriləcək.

Kulis.az xəbər verir ki, ustad dərsində iştirak edənlər Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanmasını öyrənəcəklər.

Dərslərə qatılmaq istəyənlər özləri ilə müxtəlif növ parça, düymə, bijuteriya fraqmentlərini, ümumiyyətlə, tekstil və bəzək əşyalarını gətirməlidirlər.

Ustad dərsləri rəssamın köməyi ilə köhnə əşyalara yeni nəfəs verməklə maraqlı nümunələr hazırlamaq üçün əlverişlidir.

Yerlər məhdud olduğundan öncə qeydiyyatdan keçmək lazımdır.

# 1075 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #