Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq

Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq
2 may 2024
# 12:08

Mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olacaq.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” ərəfəsində keçirilən sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunacaq.

Sərgi mayın 12-dək davam edəcək.

# 708 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #