Xadiməsi məşhur aktrisanın evini qarət etdi

Ayşe Tolqa, türkiyəli aktrisa

Ayşe Tolqa, türkiyəli aktrisa

24 dekabr 2021
# 13:40

Tanınmış türk aktrisasının evi qarət olunub.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Seksenler” serialında Gülden obrazını canlandıran aktrisa Ayşe Tolqa xadimə tərəfindən qarət edildiyini açıqlayıb.

İki ildir evində təmizlik işlərinə baxan qadının qonşunun evini də təmizləyərkən oğurluq etdiyi ortaya çıxıb. Aktrisa xadimənin bu işindən xəbər tutandan sonra pulları və zinət əşyaları saxlanılan kassasına baxıb və orda dəyəri 1 milyon lirə olan aksesuarların olmadığını aşkarlayıb.

Xatırladaq ki, oğurlanan əşyalar arasında brend saatlar, brilyant üzüklər, boyunbağılar və nağd pul yer alıb. O, hadisə ilə bağlı ölkə prokurorluğuna şikayət edib, məsələ ilə bağlı cinayət işi açılıb.

# 2659 dəfə oxunub

Müəllifin son yazıları

# # #