Will Smith “Oskar” şilləsindən sonra ilk dəfə qırmızı xalçada

Will Smith “Oskar” şilləsindən sonra ilk dəfə qırmızı xalçada
1 dekabr 2022
# 14:00

“Oskar” mərasimində aparıcıya şillə vurması ilə gündəm olan Amerikalı aktyor Will Smith, hadisədən sonra ilk dəfə qırmızı xalçada görünüb.

Kulis.az xəbər verir ki, 54 yaşlı aktyor 8 aydan sonra ilk dəfə Los-Ancelesdə yeni filmi "Emancipation"ın qala gecəsində görüntülənib.

Qalada Smith’i həyat yoldaşı Jada Pinkett Smith və uşaqları Trey, Jaden və Willow müşayiət edib.

Aktyor bu yaxınlarda hadisə ilə bağlı məşhur aparıcı Trevor Noahla danışıb: “Bu dəhşətli idi. Bütün nəzarəti itirdim. O gecə qorxunc bir şey yaşadım. Bu, əlbəttə ki, mənim davranışıma haqq qazandırmır. Mən belə bir insan olmaq istəmirəm”.

Oskar mükafatlandırma mərasimində qalmaqal

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #