“Warner Bros.” kino şirkətinin səhmləri çökdü

“Warner Bros.” kino şirkətinin səhmləri çökdü
8 avqust 2022
# 16:20

“Warner Bros. Discovery”nin borclar və zərərlər haqqında hesabatı KİV-ə dərc edildikdən sonra şirkətin səhmləri kəskin şəkildə çöküb.

Kulis.az xəbər verir ki, şirkətin ümumi borcu 53 milyard dollar təşkil edir. “Warner Bros. Discovery”nin bu il 518 milyon dollar itirəcəyi və davamlı maliyyə itkilərinin pik həddə çatacağı gözlənilir. Bu səbəbdən şirkət rəhbərliyi xərcləri ən azı 3 milyard dollar azaltmaq və investorların vəsaitlərini əvvəlkindən daha ehtiyatlı xərcləmək planlarını təsdiqləyib. Şirkətdən verilən məlumata görə, “Warner Bros.” həmçinin əsas işçilərin ixtisarına da hazırlaşır.

Qeyd edək ki, kino şirkətinin maliyyə itkiləri üzrə 3,4 milyard dollarlıq xalis zərəri artıq təsdiqlənib.

# 1468 dəfə oxunub

Müəllifin son yazıları

# # #