Vüqar Əhməd təltif olunub

Vüqar Əhməd, şair, professor

Vüqar Əhməd, şair, professor

2 noyabr 2021
# 09:30

Professor, şair Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib.

Kulis.azın verdiyi xəbərə görə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.

O, bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

# 3043 dəfə oxunub

Müəllifin son yazıları

# # #