Vidadi Babanlıya “Şərəf” ordeni təqdim edildi - Foto

Vidadi Babanlı, yazıçı

Vidadi Babanlı, yazıçı

28 aprel 2022
# 18:20

Bu gün mədəniyyət naziri Anar Kərimov Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə, "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Onun Azərbaycanın ədəbi ictimai həyatında fəal iştirakının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Daha sonra Anar Kərimov tərəfindən Vidadi Babanlıya "Şərəf" ordeni təqdim olunub.

Vidadi Babanlı ona qarşı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda nazir Anar Kərimov Vidadi Babanlı ilə xatirə şəkli çəkdirib.

Vidadi Babanlıya “Şərəf” ordeni təqdim olunub.

# 1533 dəfə oxunub

Müəllifin son yazıları

# # #