VI Beynəlxalq Muğam Festivalı çərçivəsində konsertlər olacaq

VI Beynəlxalq Muğam Festivalı çərçivəsində konsertlər olacaq
19 iyun 2023
# 15:50

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başlayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, iyunun 19-da festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında saat 10:00-16:00-da Beynəlxalq muğam müsabiqəsi keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində saat 20:00-da Əfqanıstan nümayəndəsi Daud Khan Sadozai rübab və hind sarodunda, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Babək Niftəliyev, Sevinc Sarıyeva, xanəndələr Hüseyn Məlikov, Aytən Məhərrəmova və Mirələm Mirələmov isə Daş Salnaməsi Muzeyində çıxış edəcəklər.

Azərbaycan Milli Konservatoriyasında saat 22:00-da İran təmsilçisi Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifa edəcək.

Qeyd edək ki, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.

# 809 dəfə oxunub

Müəllifin son yazıları

# # #