Vətən müharibəsindən bəhs edən serialin çəkilişləri gələn il başlayacaq - FOTO

Vətən müharibəsindən bəhs edən serialin çəkilişləri gələn il başlayacaq - FOTO
18 oktyabr 2022
# 19:00

"Qarabağ Vətən müharibəsi" çoxseriyalı bədii televiziya filminin çəkiliş məkanlarının seçilməsi tamamlanıb.

APA xəbər verir ki, çəkilişlər Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb.

Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov serialın çəkilişlərinin 2023-cü il, mart ayında başlayacağını qeyd edib. O bildirib ki, İsmayıl İmanov tərəfindən yazılan ssenari daha sonra ümumi ssenari qrupu tərəfindən təkmilləşdirilib: Resjissorlar isə həm türk, həm də azərbaycanlılardan ibarət olacaq. Serialın aktyor heyəti isə azərbaycanlılardan təşkil edilib".

Qeyd edək ki, film Türkiyə Respublikasında fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir.

# 1338 dəfə oxunub

Müəllifin son yazıları

# # #