"Venesuelanın mənşəyi" Bakıda təqdim edildi

"Venesuelanın mənşəyi"  Bakıda təqdim edildi
8 iyul 2025
# 15:30

Bakıda Venesuelanın 1811-ci il iyulun 5-də başlayan azadlıq mübarizəsinə həsr olunmuş "Venesuelanın mənşəyi" adlı Azərbaycan dilində subtitrlərlə audiovizual sənədli filmin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən ölkənin müstəqilliyinin elan edilməsinin 214-cü ildönümünə həsr edilib.

Qeyd edək ki, Venesuelanın Bakıdakı səfiri Kristofer Martinez tədbirdə çıxış edərək ölkəsinə göstərilən dəstək və dostluğa görə təşəkkürünü bildirib.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #