#

Vaqif Səmədoğlunun yeni kitabının təqdimatı olacaq

Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu

8 oktyabr 2022
# 15:00

Xalq Şairi Vaqif Səmədoğlunun poemalarından ibarət “Şəffaf Balıq” kitabının təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, təqdimat 9 oktyabr 2022-ci il tarixində saat 16.00-da, Bakı Exspo Mərkəzində, 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında baş tutacaq.

Kitabda Vaqif Səmədoğlunun müxtəlif illərdə çap olunmuş poemaları toplanmışdır.

Qeyd edək ki, topluya daxil edilmiş şairin uşaqlar üçün qələmə aldığı “Bumbum” poeması oxuculara ilk dəfə təqdim ediləcəkdir.

Bir yazı görseli olabilir

# 1494 dəfə oxunub

Müəllifin son yazıları

# # #