Vaqif Səmədoğlu Mərkəzi qiraət müsabiqəsi elan edib.
Kulis.az xəbər verir ki, Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibəti ilə keçirilən müsabiqədə 35 yaşına qədər şəxslər iştirak edə bilər.
Müsabiqədə şairin şeirləri səsləndiriləcək.
- "Mənim nağıl kitabım" layihəsi başa çatdı
- "Hinge and Bracket"in ulduzu vəfat etdi
- Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub
İştirak etmək istəyənlər 10 yanvar 2024-cü il saat 18:00-dək vsamadoghlucenter@gmail.com elektron ünvanına səsləndirdiyi şeirin video çarxını göndərə bilərlər.
Qaliblərin mükafatlandırma mərasimi 27 yanvar 2024-cü il tarixində şairin anım günündə baş tutacaq.