Vaqif Mustafazadə ilə albom yazdırmış məşhur gürcü cazmen vəfat etdi

Vaqif Mustafazadə ilə albom yazdırmış məşhur gürcü cazmen vəfat etdi
1 mart 2023
# 10:30

Gürcüstanda cazın banilərindən sayılan tanınmış bəstəkar Tamaz (Tatuza) Kuraşvili 75 yaşında vəfat edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Qeyd edək ki, 1969-1971-ci illərdə Tbilisi Konservatoriyasında təhsil almış Tatuza təhsilini bitirdikdən sonra Gürcüstanın estrada simfonik orkestrində musiqi fəaliyyətinə başlayıb. 1969-cu ildə Bakıda təşkil edilmiş 3-cü Bakı Caz Festivalında uğurlu çıxışı etmiş cazmenlə Vaqif Mustafazadə arasında yaxın dostluq münasibətləri yaranıb.

Tatuza ötən əsrin 70-ci illərində Vaqif Mustafazadə ilə birlikdə həm Bakıda, həm də Tbilisidə konsertlər veriblər və müxtəlif festivallarda birgə çıxış ediblər. Tatuza və Vaqif Mustafazadə 1979-cu ildə ikili albom da yazdırıblar.

Tamaz Kuraşvili eyni zamanda “Bakıda ən isti gün” adlı kompozisiyanın müəllifidir.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #