Vaqif Bayatlı: "Onu AYB-dən çıxarsalar, məni də çıxarsınlar"

Vaqif Bayatlı:  "Onu AYB-dən çıxarsalar, məni də çıxarsınlar"
11 sentyabr 2023
# 13:26

"Məni də onunla birlikdə AYB-dən çıxarsınlar."

Kulis.az xəbər verir ki, bu sözləri Şəhriyar Del Geraninin AYB-dən çıxarılacağı ilə bağlı danışan Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı deyib.

Vaqif Bayatlı qeyd edib ki, o da Şəhriyarla birgə AYB-nin üzvlüyündən çıxmağa razıdır:

"Azərbaycanın ən istedadlılarından biri olan Şəhriyar Del Geranini AYB-dən çıxarsalar, o zaman qarşıdan gələn 75 illiyimə hədiyyə olaraq məni də onunla birlikdə çıxarsınlar..."

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev “Azərbaycan dili və Ədəbiyyatı” forumunda çıxış edərkən şair Şəhriyar Del Gerani onun Azərbaycan dilində düzgün danışa bilməməsini əsas gətirərək, tədbiri tərk etmişdi.

# 2025 dəfə oxunub

Müəllifin son yazıları

# # #