Van Qoqun 88 əsəri sərgiləndi

Van Qoqun 88 əsəri sərgiləndi
15 sentyabr 2026
# 17:00

Niderlandda yerləşən Kröller-Müller Muzeyi kolleksiyasında saxlanılan Vinsent van Qoqa aid 88 rəsm əsərini 1984-cü ildən bəri ilk dəfə eyni vaxtda sərgiyə çıxarıb.

Kulis.az xəbər verir ki, "Van Gogh, All Our Paintings" adlı ekspozisiyada rəssamın "Kartof yeyənlər", "Gecə kafesinin terası" və "Nuenendəki köhnə qüllə" kimi məşhur əsərləri yer alıb.

İnanc, ümid və sevgi mövzuları ətrafında konseptuallaşdırılan sərgi 21-ci əsrin ən əhatəli Van Qoq tədbirlərindən biri hesab olunur.

Qeyd edək ki, yanvar ayına qədər davam edəcək sərgidəki əsərlərin böyük hissəsi muzeyin təsisçisi Helen Kröller-Müller tərəfindən 1908–1930-cu illərdə toplanıb.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər