"Üzüklərin hökmdarı"nın Qandalf və Frodosu geri qayıdır

"Üzüklərin hökmdarı"nın  Qandalf və Frodosu geri qayıdır
18 avqust 2025
# 17:49

Endi Serkisin gələcək “Lord of the Rings” filmi olan “The Hunt for Gollum” filmində sevilən personajlar Qandalf və Frodo yenidən ekranlara qayıdacaq.

Kulis.az xəbər verir ki, bu xəbəri öz fanatlarına "For Love of Fantasy" tədbirində keçirilən "LOTR" panelində İan Makkelley məlumat verib.

O, məşhur obrazların geri qayıdacağını, bundan başqa əlavə bir məlumat xahiş edənlərə "dodaqlarım möhürlənib" deyə açıqlama verib. O, filmdə Qandalf obrazını canlandırıb.

Qeyd edək ki, ekran əsərinin təqdimatı ilk dəfə 2026- cı il üçün nəzərdə tutulsa da, sonradan dəyişdirilərək 2027- ci ildə nümayiş olunması qərara alınıb.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər