"Üzüklərin hökmdarı"nın məktubları tapıldı

"Üzüklərin hökmdarı"nın  məktubları tapıldı
10 mart 2025
# 11:18

"Üzüklərin hökmdarı" və "Hobbit" əsərlərinin müəllifi J.R.R.Tolkinin indiyə qədər yayımlanmamış məktubları tapılıb.

Kulis.az xəbər verir ki, bu məktublarda yazıçının əsərlərini yazdığı dövr və musiqiçi Donald Svanla dostluğundan bəhs edilir

1965-ci ildə tanış olduqları vaxtdan Tolkinin ölümünə - 1973-cü ilə qədər dostluq etdikləri məlum olub.

Arxivdə 21 məktub, mahnılar, şeirlər və 13 səhifəlik qeydlərdə iki sənətçinin yaradıcılıqları haqqında ətraflı məlumat var.

Arxivin qiyməti 550.000 sterlinqdir.

Məktublar 2025-ci ilin aprel ayında Nyu Yorkda Beynəlxalq Əntiq Kitab Sərgisində sərgilənəcək.

# 164 dəfə oxunub

Müəllifin son yazıları

# # #