Üzeyir Hacıbəyliyə həsr olunmuş müsabiqə başa çatdı

Üzeyir Hacıbəyliyə həsr olunmuş müsabiqə başa çatdı
8 sentyabr 2025
# 15:55

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan II “Sounds of the Land of Fire” Beynəlxalq Musiqi Müsabiqəsi Vyanada başa çatıb.

Kulis.az xəbər verir ki, müsabiqənin final mərhələsi və laureatların qala-konserti Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında və Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, Eunseon Ahn (Cənubi Koreya) birinci yer, Nanase Kuroki (Yaponiya) və Naoe Sasaki (Yaponiya) ikinci yer, Hidayət Sadıqbəyli (Azərbaycan) və Tomiris Bekturova (Qazaxıstan) üçüncü yerə layiq görülüblər.

# 209 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər