Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib
24 may 2025
# 12:25

Üzeyir Hacıbəylinin Ev-Muzeyində böyük bəstəkarın 140 illik yubileyi münasibətilə Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin müəllimi İsmayıl Cəfərovun 28 May – Respublika Gününə həsr olunmuş sinif konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbir milli musiqi irsimizin əvəzsiz siması Üzeyir Hacıbəylinin yaradıcılığı ilə Azərbaycan tarixinin mühüm mərhələlərini birləşdirərək, onun milli mədəniyyətimizdəki misilsiz rolunu yenidən diqqətə çatdırıb.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə yanaşı, Tofiq Bakıxanovun “Elegiya”, Karl Bohmun “Daimi hərəkət”, Qlyukun "Şən rəqs", Vladimir Kosmanın “Oyuncaq” filmindən musiqi, Tofiq Quliyevin "Vals", İohann Sebastian Baxın a moll konsertinin birinci hissəsi və Çarlz Gardelin məşhur “Por una cabeza” əsərləri ifa olundu. İsmayıl müəllimin rəhbərlik etdiyi "Dominant" kvarteti isə xüsusilə diqqət çəkərək Üzeyir Hacıbəylinin “Arazbarı” və Gardelin “Por una cabeza” əsərlərini ustalıqla təqdim etdi.

Qeyd edək ki, konsertdən sonra iştirakçılar muzeydə təşkil olunan ekskursiyada böyük bəstəkarın həyat və yaradıcılığına aid eksponatlarla tanış olublar.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #