Üzeyir Hacıbəyli - 140

Üzeyir Hacıbəyli - 140
16 aprel 2025
# 16:30

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq

Kulis.az xəbər verir ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri və Bakı Musiqi Akademiyasının kamera ansamblının iştirakı ilə birgə konsert proqramı təqdim olunacaq.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunan bu konsert 18 aprel tarixində saat 15:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək. Tədbirin məqsədi Üzeyir Hacıbəyli irsinin yeni nəsillərə tanıdılması, musiqi mədəniyyətimizin təbliği və region gəncləri ilə peşəkar musiqi kollektivləri arasında yaradıcılıq əlaqələrinin gücləndirilməsidir.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” və digər əsərlərindən parçalarla yanaşı, Fikrət Əmirov, Arif Məlikov, Emin Sabitoğlu, Faiq Sücəddinov kimi görkəmli bəstəkarların, həmçinin dünya musiqi sənətçilərinin əsərləri səsləndiriləcək.

Tədbir çərçivəsində müxtəlif musiqi nömrələri – rəqs, qarmon və tar ansambllarının çıxışları təqdim olunacaq, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil ediləcək.

Konsertə giriş sərbəstdir.

# 254 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #