“Utancaq qız” tamaşasının premyerası olacaq

"Utancaq qız" monotamaşası

"Utancaq qız" monotamaşası

17 dekabr 2021
# 16:15

23 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası olacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın (RF) Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.

Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən monotamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.

Səhnə əsərində dünyaşöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.

# 2197 dəfə oxunub

Müəllifin son yazıları

# # #