“Utancaq qız” növbəti dəfə səhnədə

“Utancaq qız”  növbəti dəfə səhnədə
22 aprel 2024
# 16:00

Aprelin 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynovdur.

Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən səhnə əsərində zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.

# 783 dəfə oxunub

Müəllifin son yazıları

# # #