Uşaq İncəsənət Festivalının I mərhələsi başlayacaq

Uşaq İncəsənət Festivalının I mərhələsi başlayacaq
12 aprel 2023
# 12:20

Aprelin 17-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsi keçiriləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.

Gələrkən şəxsiyyəti təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özünüzlə gətirmək, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlmək xahiş olunur.

Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edə bilərsiniz.

# 1410 dəfə oxunub

Müəllifin son yazıları

# # #