Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək

Uşaq Filarmoniyası “Buratino”  nağıl-tamaşasını səhnələşdirəcək
22 fevral 2024
# 10:15

Martın 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, dünyanın bir çox teatrlarında göstərilən Buratinonun macəraları bu dəfə Filarmoniyanın balaca aktyorlarının iştirakı ilə səhnələşdiriləcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

# 434 dəfə oxunub

Müəllifin son yazıları

# # #