Rusiyanın Xalq artisti Larisa Dolina Moskvanın elit klublarında bir sıra konsert proqramı ilə çıxış etməyə hazırlaşır.
Kulis.az xəbər verir ki, biletləri qısa müddətdə satılan sənətçi bu çıxışlardan böyük qonorar əldə edəcək.
Məlumata görə, o, üç konsertdən ümumilikdə 3,5 milyon rubl (təxminən 77 min manatdan çox) qazanacaq.
Konsertlər 25 və 26 may, eləcə də 26 iyul tarixlərinə planlaşdırılıb. Çıxışların keçiriləcəyi məkanda cəmi 91 tamaşaçı yeri var. Bu məhdud say həm tədbiri daha eksklüziv edir, həm də biletlərə tələbatı artırır.
Biletlərin qiyməti standart oturacaqlar üçün 9 500 rubl, səhnəyə yaxın masa yerləri üçün isə 18 500 rubla qədər dəyişir.