“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatdı

“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatdı
23 may 2024
# 17:30

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.

Kulis.az xəbər verir ki, mərasimdən əvvəl T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr kollecinin tələbələri Ç.Aytmatovun “Erkən gələn durnalar” əsəri əsasında eyniadlı səhnə işini təqdim ediblər.

Sonra T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələrinin ifasında F.Q.Lorkanın “Bernard Albanın evi” tamaşası maraqla qarşılanıb.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Münsiflərin qərarına əsasən, Türkiyənin Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyası (J.Tardyö “Bilet kassası”) “Ən uğurlu aktyor dueti”, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu (Ü.Hacıbəyli “Arşın mal alan”) “Ənənəyə sadiqlik”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (S.Şendil “Qanlı Nigar”) “Ən yaxşı aktyor ansamblı”, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası (F.Q.Lorka “Bernarda Albanın evi”) və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci (Ç.Aytmatov “Erkən gələn durnalar”) “Ən yaxşı tamaşa” nominasiyaları üzrə qalib olublar.

# 249 dəfə oxunub

Müəllifin son yazıları

# # #