Türkiyənin Oskar namizədi açıqlandı

Türkiyənin Oskar namizədi açıqlandı
16 iyul 2025
# 11:40

Türkiyənin Oskar mükafatına təqdim edəcəyi filmin adı açıqlanıb.

Kulis.az xəbər verir ki, Murat Fıratoğlunun “Hemmenin öldüyü günlərdən biri” filmi namizəd seçilib.

Film ilk dəfə 81-ci Venesiya Film Festivalında nümayiş olunub. Türkiyədə isə "Ən yaxşı gilm" seçilib.

Filmdə iş tapa bilməyən Eyüp adlı gəncin işə başlamasından sonra baş verən hadisələrdən bəhs olunur və sosial təbəqələr arasındakı gərginlik ön plana çıxarılır.

Filmdə Salih Taşçı, Sefer Fıratoğlu, Güneş Sayın, Ali Barkın kimi aktyorlar çəkiliblər.

Qeyd edək ki, 98-ci Oskar mükafatının təqdimat mərasimi 2026-cı il martın 15-də keçiriləcək.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #