Türkiyəli rejissor səhv diaqnozun qurbanı oldu

Aydın Bağardı

Aydın Bağardı

27 fevral 2023
# 16:30

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rejissor Aydın Bağardı səhv diaqnoz nəticəsində vəfat edib.

Kulis.az bu barədə rejissorun həyat yoldaşı məlumat yayıb.

Onun sözlərinə görə, sənətçi böyrək çatışmazlığının səhv diaqnozu nəticəsində həyatını itirib.

Kino karyerasına TRT prodakşnlarında rejissor köməkçisi kimi başlayan Aydın Bağardı “Toxum ve Torpaq”, "Qartallar yüksək uçar”, “Dodaqdan qəlbə" kimi seriallarda rejissor assistenti kimi çalışıb.

1991-ci ildə "Ölürayak" filmi ilə rejissor kimi debüt edən Bağardı bir çox serial, televiziya filmi və sənədli filmlərə də imza atıb. Sonuncu dəfə 2017-ci ildə işıq üzü görən “Osmanlı imperatorluğundan günümüzə hamballar” sənədli filminə rejissorluq və prodüserlik edib.

Yönetmen Aydın Bağardı'nın cenaze töreni detayları belli oldu

# 1986 dəfə oxunub

Müəllifin son yazıları

# # #