Türkiyədəki qədim kurqanda qazıntılar başladı

Türkiyədəki qədim kurqanda qazıntılar başladı
21 avqust 2026
# 15:30

Ankaranın Bahçelievler ərazisində yerləşən və təxminən 2 min 800 illik tarixə malik "BT10" kurqanı ilk dəfə elmi qazıntılarla araşdırılır.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Gələcəyə miras" layihəsi çərçivəsində həyata keçirilən qazıntı işlərinə Professor Atakan Akçay başçılıq edir.

E.ə. 800-550-ci illərə aid edilən və Friqiya dövrünün Qərb nekropolundakı 20 kurqandan biri olan BT10-da indiyədək heç bir arxeoloji qazıntı aparılmayıb.

Mütəxəssislər bu araşdırmaların Friqiyanın dəfn ənənələri və o dövrün gündəlik həyatı ilə bağlı yeni və dəyərli faktlar ortaya çıxaracağını gözləyirlər.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, elmi qazıntılar yekunlaşdıqdan sonra ərazi arxeoparka çevrilərək Ankaranın mədəniyyət turizminə yeni bir töhfə kimi ziyarətçilərin istifadəsinə veriləcək.






# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər