Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Rəhim Məmmədovun iyunun 28-də dünyasını dəyişdiyi bildirilib.
1928-ci ildə Bakıda anadan olan rəssamın Sankt-Peterburq, Bakı, Tiflis, Moskva, Sivas, Kayseri, Konya və başqa yerlərdə çoxsaylı sərgiləri keçirilib.
Qeyd edək ki, o, Beynəlxalq Memarlıq konqresi sərgisində “Münsif Onur” mükafatına, Azərbaycan Nazirlər Kabineti mükafatına layiq görülüb.