Türkiyədə serialların müddəti qısaldıla bilər

Türkiyədə serialların müddəti qısaldıla bilər
16 noyabr 2026
# 13:02

Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir.

Kulis.az xəbər verir ki, reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib.

Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub.

Prodüser şirkətləri isə 140 dəqiqəlik serialların müddətinin 110 dəqiqəyə endirilməsini təklif edib.

Bununla da beşinci reklam fasiləsinə və əlavə çəkiliş heyətinin cəlb olunmasına ehtiyac qalmayacağı bildirilib.

Lakin məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.

Digər tərəfdən, kanallarının nümayəndələri və prodüserlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Sultanahmetdə görüşüblər.

Tərəflər yaşanan böhranın həlli yollarını müzakirə ediblər.

# 41 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər