Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə
7 oktyabr 2026
# 15:30

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən keçirilən "Filmekimi" festivalı bu il 25-ci dəfə kino həvəskarlarını bir araya gətirəcək.

Kulis.az xəbər verir ki, 9-18 oktyabr tarixlərində İstanbulda start götürəcək festival, daha sonra 15-18 oktyabrda Ankarada, 22-25 oktyabr tarixlərində isə İzmir və ilk dəfə olaraq Mərsində nümayiş olunacaq.

Festivalın proqramında Pedro Almodovar, Əsğər Fərhadi, Ceyms Qrey, Verner Hertsoq, Tayka Vaytiti, Hirokazu Kore-eda və Li Çan-don kimi dünya şöhrətli rejissorların yeni ekran işləri yer alıb.

Kann və Venesiya kinofestivallarında mükafat qazanmış filmlərin yer aldığı zəngin proqramda, həmçinin İstanbul Film Festivalının qalibi olmuş yerli rejissorların əsərləri də təqdim ediləcək.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər