Türk ölkələrinin qadın sənətkarlarının sərgi-yarmarkası açılacaq

Türk ölkələrinin qadın sənətkarlarının sərgi-yarmarkası açılacaq
18 yanvar 2023
# 10:40

Aprelin əvvəlində Bakıda türkdilli ölkələrin qadın sənətkarlarının birgə beynəlxalq sərgi-yarmarkasını keçirilməsi haqqında Azərbaycan və Özbəkistan arasında razılıq əldə olunub.

Kulis.az xəbər verir ki, bu barədə qərar Hunarmand Assosiasiyasının Namanqan bölgəsi üzrə şöbəsinin müdiri Zohidjon Vəliyevlə Azərbaycan Qadınlar Assosiasiyasının icraçı direktoru Roza Zərif arasında əl sənətləri sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün onlayn danışıqlar zamanı qəbul edilib.

Sözügedən ədbirin proqramında Azərbaycan əhalisinin tədbir iştirakçılarının mədəniyyəti və adət-ənənələri ilə tanışlığı, eyni zamanda, nümayəndə heyəti üzvlərinin B2B formatında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

# 853 dəfə oxunub

Müəllifin son yazıları

# # #