Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalandı

Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalandı
18 yanvar 2024
# 14:18

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türk Dil Qurumunun rəhbəri Osman Mert ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə müştərək köklər və dəyərlər ətrafında birləşən Türk Dünyasında müasir dövrdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində Türk Dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb.

Türk xalqlarının inteqrasiyasının prosesinin sürətləndirilməsində ortaq dil amilinin önəmli rolu vurğulanıb. Fondun və Türk Dil Qurumunun ümumtürk irsinin yaşadılması yönündə fəaliyyətlərindən bəhs olunub, birgə əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dil Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Fondun prezidenti Aktotı Raimkulova və Qurumun rəhbəri Osman Mert tərəfindən imzalanıb.

Qeyd olunmalıdır ki, Memorandum tarixi qardaşlıq bağlarına, ortaq soy-kök, dil və mədəniyyətə sahib Türk xalqlarının mədəni irsinin qorunması və inkişaf etdirilməsi məqsədini daşıyır.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbərləri Leyla Həsənova və Nuri Aksu, Türk Dil Qurumunun sədr müavini Ömer Gök, Elmi Araşdırmalar müdürü Emre Pekyürek iştirak ediblər.

# 631 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #