“Türk Dünyasının Memarları və Bərpaçıları” Simpoziumu keçirilib

“Türk Dünyasının Memarları və Bərpaçıları” Simpoziumu keçirilib
11 iyun 2025
# 09:10

Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondu və Türküstan Vilayətinin Akiminin Birgə Dəstəyi ilə “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.

Kulis.az xəbər verir ki, Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türk Dünyasının Memarları və Bərpaçıları” adlı II Beynəlxalq Simpoziumun təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayətinin akim müavini Yertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Plenar iclas çərçivəsində Türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib.

Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən «Мың заман – бір Түркістан» adlı musiqili tamaşa olub.

Qeyd edək ki, tədbir türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

# # #