Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı

Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı
23 sentyabr 2026
# 12:00

Türkiyənin şimal-qərbindəki Hisarlıqtəpə ərazisində yerləşən antik Troya şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 2 min 800 il əvvələ aid qədim aqoranın (ictimai meydan) qalıqları aşkarlanıb.

Kulis.az xəbər verir ki, Çanaqqala Onsekiz Mart Universiteti tərəfindən aparılan qazıntılarda tapılan yeni abidə şəhərin eramızdan əvvəl 1184-cü ildəki dağılmasından sonra uzun müddət kimsəsiz qalması ilə bağlı tarixi ehtimalları yanlışlayır.

Tədqiqatlar göstərir ki, şəhərin süqutundan cəmi 80–90 il sonra yeni sakinləri əraziyə gələrək qala divarlarından yaşayış evləri tikmək üçün istifadə ediblər.

Qeyd edək ki, Homerin "Odissey" dastanının motivləri əsasında Kristofer Nolanın çəkdiyi "Odysseus" filminin nümayişə girməsi ilə antik şəhərə marağın daha da artacağı gözlənilir.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər