"Troya" peşmanlığı: "O filmi beynimdən sildim"

"Troya" peşmanlığı: "O filmi beynimdən sildim"
13 may 2024
# 12:01

"Aman Tanrım, Troya? Düşünürəm ki, yolda bu filmi beynimdən sildim. O filmi çoxları sevsə də, mən o filmdə oynamaq, o obrazı canlandırmaq istəmirdim”.

Kulis.az xəbər verir ki, bu sözləri Hollivud ulduzu Orlando Bloom "Variety" nəşrinə müsahibəsində deyib.

Qeyd edək ki, aktyor "Troya" filmində canlandırdığı Paris obrazına aid sözləri təkrarlamaq istəsə də, o misranı xatırlamayıb.

Homerin "İliada" dastanından ilhamlanan filmdə Bred Pitt, Erik Bana və Piter O'Tul kimi aktyorlar çəkilib.

# 649 dəfə oxunub

Müəllifin son yazıları

# # #